Şriftin ölçüsü :

Saytın rəngi :

Konfrans keçirilmişdir

17 aprel 2013 | 15:00

Gənclər Mərkəzində AMİ-nin Qazax filialının təşkilatçılığı ilə Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi ilə əlaqədar konfrans keçirilmişdir. Əvvəlcə, Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilmişdir.
Konfransı giriş sözü ilə filialın direktoru, dosent Afaq xanım Qasımova açmış,  Zərifə xanım Əliyevanın dünya şöhrətli alim olması, Azərbaycanda tibb elminin inkişafındakı xidmətləri barədə geniş məlumat vermişdir.
Filialın baş müəllimi Südabə Kosayevanın məruzəsində Zərifə xanımın həyatı, elmi fəaliyyəti, insani keyfiyyətləri, vətən sevgisi, bunlarla yanaşı, onun qayğıkeş ana, gözəl ömür-gün yoldaşı olması barədə maraqlı fikirlər səsləndirilmişdir.
Həkim Rəfiqə Əmiraslanovanın, filialın tələbələrindən Afət Mehdiyevanın, Nərgiz Qəhrəmanovanın, Aysel Hüseynovanın və Sevil Musayevanın çıxışları tədbir iştirakçılarında səmimi hisslər və xoş təəsürat yaratmışdır.

Keçidlər