Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Rayon təşkilatının Qadınlar Şurasının II konfransı keçirilmişdir

18 aprel 2013 | 15:00

Qazax Rayon Mədəniyyət Mərkəzində YAP Qazax Rayon Təşkilatının Qadınlar Şurasının II konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə təşkilatın sədri Həmid Pənahov açmışdır. YAP rayon təşkilatının Qadınlar Şurasının sədri Nəsibə Tağıyeva hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzədə YAP-ın hansı zərurətdən yaranması, fəaliyyəti, qısa zaman kəsiyində ölkəmizdə sosial-iqtisadi, elm, təhsil, səhiyyə və mədəniyyət sahəsində əldə olunmuş uğurlar, qazanılmış nailiyyətlər, bütün bu işlərdə qadınlarımızın  təşəbbüskarlığı, həyata keçirdikləri tədbirlər, gördüyü işlər barədə ətraflı məlumat verilmişdir. Tədbirdə Səfurə Vəliyeva, Tərlan Bədəlova, Səfurə Rəhimova və Yeganə Göyüşlü çıxış etmişlər. 
Konfransda Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Ayaz Əsgərov çıxış etmiş, Yeni Azərbaycan Partiyasının “bu günün, sabahın və gələcəyin partiyası” olması , bu partiyanın  tarixi zərurətdən yaranması, onun yaranmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri, ölkəmizin əldə etdiyi uğurlarda qadınlarımızın da çox fəal iştirak etmələri, əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlət-qadın siyasətinin bu gün ölkə prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsi, rayonumuzun qadınlarının da bütün sahələrdə məsuliyyətlə və vicdanla çalışmaları barədə ətraflı və geniş məlumat vermişdir.
Sonra təşkilati məsələlər müzakirə olunmuş və YAP Qazax rayon təşkilatının Qadınlar Şurasının yeni tərkibi seçilmişdir. Tərkibi 13 nəfərdən ibarət Şura və onlardan Tağıyeva Nəsibə Hüseyn qızı yenidən Şuranın sədri, Eyyubova Afət Telman qızı isə müavin seçilmişdir.
Qadınlardan Nəsibə Tağıyeva və Məsumə Səmədova YAP Respublika Təşkilatının Qadınlar Şurasının Ümumrespublika toplantısına nümayəndə seçilmişdir.

Keçidlər