Şriftin ölçüsü :

Saytın rəngi :

Bağçalarda işlər başa çatmaq üzrədir

31 avqust 2017 | 16:00

Bu gün Qazax rayonunda tikinti, abadlıq və quruculuq işləri geniş vüsət alıb. Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşovun daha çox diqqət yetirdiyi sahələrdən biri də böyüməkdə olan balalarımızın yaxşı şəraitdə tərbiyə olunmalarıdır. Bu istiqamətdə rayon rəhbərliyi lazım olan bütün işləri görür. Bunu şəhər mərkəzində, eləcə də kəndlərimizdə inşa olunan və əsaslı şəkildə təmir olunan körpələr evi-uşaq bağçalarının timsalında görmək olar. Şəhərdə fəaliyyət göstərən 6 uşaq bağçasının hamısı müasir istilik sistemi ilə təmin olunmuşdur. Daş Salahlı kəndindəki 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının binaları əsaslı şəkildə yenidən qurularaq ən müasir və ən yüksək səviyyəyə çatdırılıb. Şəhərdəki 3 mərtəbəli 1 saylı körpələr evi-uşaq bağçasının tikintisi isə artıq başa çatdırılıb və yaxın günlərdə istifadəyə veriləcəkdir.
Şəhərlə yanaşı kəndlərdəki uşaq bağçaları da diqqətdən kənarda qalmır. Zaman- zaman onlar da əsaslı şəkildə yenidən qurularaq müasir görkəmə salınır. KosalarXanlıqlar kəndlərindəki körpələr evi-uşaq bağçaları da əsaslı şəkildə yenidən qurulur.
Kosalar kəndindəki bağçada 3 briqada çalışır. İlk olaraq binanın dam örtüyü tamamilə yenilənib, daxili və xarici fasad hissəsində aparılan suvaq işləri yekunlaşıb. Lazım olan  yerlərdə hörgü işləri də görülüb. Binaya daxil olmaq üçün pilləkan düzəldilib. Otaqlar və foye başdan-başa suvanaraq müasir görkəmə salınıb. Bundan əlavə 4 otağın və foyenin döşəmə hissəsinə beton tökülərək laminat vurulması üçün hazırlanıb. Binada olan bütün qapılar dəyişdirilərək yeni plastik qapılarla əvəz olunub. Binada kanalizasiya sistemi quraşdırılıb və 2 ayaqyolu da tikilib. Hazırda 2 mətbəx də düzəldilir. Binada əsas işlər demək olar ki, başa çatdırılıb. Yaxın günlərdə rəngləmə işlərinə başlanılacaqdır.  Kənddə fəaliyyət göstərən 3 bağçadan 2-si bu binada yerləşəcəkdir.
Xanlıqlar kəndində də işlərə sürətlə başlanılıb. İkin olaraq binanın dam örtüyü başdan-başa sökülərək yenisi ilə əvəz olunub. Binanın işıq sistemi yenilənib və metal məhəcərlər təmir edilərək yararlı hala salınıb. Binanın fasadında da işlər görülür. Hal-hazırda binanın ön və yan hissələrində suvaq işləri həyata keçirilir. Bununla yanaşı binanın giriş hissəsindəki tavana lambirin vurulur. Təmir işləri ilə 3 briqada məşğul olur. Yaxın günlərdə rənglənmə işlərinə başlanılacaqdır.
Kosalar, eləcə də Xanlıqlar kəndlərində işlərin sürətlə aparılması belə deməyə əsas verir ki, yaxın vaxtlarda hər iki bağça binasının əsaslı şəkildə təmiri başa çatdırılacaq və yeni bağçalar uşaqların istifadəsinə veriləcəkdir.

 

Keçidlər