Qazaxda "Azərbaycan Respublikasının İslam Həmrəyliyi və Multikulturalizm modeli sülhə xidmət edən nümunəvi modeldir" mövzusunda tədbir keçirilmişdir
Qazaxdakı Ədəbiyyat Muzeyində Ombudsmanın Gəncə regional Mərkəzi tərəfindən "Azərbaycan Respublikasının İslam Həmrəyliyi və Multikulturalizm modeli sülhə xidmət edən nümunəvi modeldir" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə RİHB aparatının sektor müdiri, Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri, fəal gənclər, Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin yerli nümayəndəsi, təhsil, səhiyyə, mədəniyyət, hüquq mühafizə, bələdiyyə, QHT sahəsində çalışanlar və KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Qazax RİHB aparatında İnformasiya təminatı və təhlil sektorunun müdiri Azad Hümbətov açmış, tədbirin məqsədi və əhəmiyyəti haqqında toplantı iştirakçılarına məlumat vermişdir.
Sonra Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov "Azərbaycan Respublikasının İslam Həmrəyliyi və Multikulturalizm modeli sülhə xidmət edən nümunəvi modeldir" mövzusunda məruzə etmişdir.
Rayon prokurorunun köməkçisi Nəriman Əsədov, QHT rəhbəri Ramil Göyüşov, Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin yerli nümayəndəsi Ceyhun Rüstəmov və başqaları mövzu ətrafında çıxış etmişlər.
Tədbirə RİHB aparatında sektor müdiri Azad Hümbətov yekun vurmuşdur.