Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər Mərkəzində tədbir keçirilmişdir

23 aprel 2013 | 15:00

Qazax rayon Gənclər Mərkəzində Ulu Öndərin 90 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda geniş toplantı keçirilmişdir.
Tədbirdən əvvəl, Ulu Öndərin xatirəsi anılmış, adını daşıyan parkdakı abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur.
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən slayd nümayiş etdirilmişdir.
Toplantını giriş sözü ilə Qazax rayon İcra hakimiyyəti Başçısının müavini Gülayə xanım Həsənova açmış, rayon təhsil şöbəsinin müdiri Əhməd Dərgahquliyev məruzə ilə çıxış etmişdir. Giriş sözündə və məruzədə Ulu Öndər Heydər Əliyevin  keçdiyi şərəfli, keşməkeşli həyat yolu və praqmatik, müdrik siyasi fəaliyyəti ilə bağlı geniş məlumat verilmiş və maraqlı fikirlər söylənilmişdir. Vurğulanmışdır ki,”Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir”. Ona görə də, nə qədər ki Azərbaycan dövləti, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə əbədi yaşayacaqdır.
AMİ-nin Qazax filialının direktoru, dosent Afaq xanım Qasımova, Rayon Təhsil şöbəsinin metodisti Orxan Əliyev, Aslanbəyli kənd orta məktəbin müəllimi Lətifə Əliyeva, Qazax şəhər 1 saylı orta məktəbin müəllimi Mustafa Mirzəyev, Kommuna kənd orta məktəbin direktoru Mövsüm Məmmədov, Daş Salahlı kənd 1 saylı orta məktəbin şagirdi Reyhan Bayramova və  Cəfərli kənd  orta məktəbin şagirdi Rəna Almazova bir-birindən maraqlı çıxışlar etmişlər.

Keçidlər