Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax Dövlət Dram Teatrında 80-ci mövsümün açılışı olub

19 sentyabr 2017 | 16:00

Qazax Dövlət Dram Teatrında 80-ci mövsümün açılışı olub. Mövsümün açılışı  Ə.Haqverdiyevin “Bəxtsiz cavan” tamaşası ilə başlayıb.  Tamaşadan öncə teatrın direktoru Saqif İsgəndərov çıxış edərək mövsümü açıq elan edib. Teatrın baş rejissoru, Azərbaycan Respublikasının əməkdar artisti Musa Eyyubov çıxış edərək teatrın keçdiyi tarixi yoldan danışıb.
Sonra “Bəxtsiz cavan” tamaşasına baxış keçirilib. Tamaşada Hacı Səməd ağa rolunu Hacı Hacıyev, Fərhad rolunu Yusif Qoca, Çingiz rolunu Arif Almədədov, Mehri xanım rolunu Səyalı İsmayılova, Musa rolunu Nəsimi Aşbazov, Mirzə Qoşunəli rolunu Aydın Orucov, kəndlilər rolunu isə İlqar Hacıbəyli və Arif Almədədov oynayıblar.
Quruluşçu rejissoru Allahverdi Musayev və quruluşçu rəssamı Səyyad Məmmədovun olduğu tamaşanı aktyorlar peşəkarcasına, ustalıqla və yüksək səviyyədə oynayıblar. Yüksək səviyyədə keçən tamaşa alqışlarla qarşılanıb.Tamaşaçılar yaradıcı heyətin işindən razı qaldıqlarını  bildirmişlər.
Mövsümün açılışında və tamaşanın premyerasında Qazax RİHB aparatının İstimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Orucov və aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova iştirak etmişlər.

Keçidlər