İcra Başçısı Qazax şəhərindəki Bakı küçəsinin sakinləri ilə görüşmüşdür
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov Qazax şəhəri Bakı küçəsi, döngə 2 ünvanına gələrək sakinlərlə görüşüb. Görüşdə şəhər təsərrüfatını idarə edən aidiyyatı təşkilatların rəhbərləri də iştirak edib.
Sakinlər rayon İcra Hakimimiyyətinin başçısıcənab Rəcəb Babaşovu səmimiyyətlə qarşılayıb və şəhərdə, eləcə də kəndlərdə gördüyü tikinti-quruculuq işlərinə görə öz dərin minnətdarlıqlarını bildiriblər. Sakinlərdən Rəfiqə Hüseynova, Nüşabə Qurbanova, Fəridə Ağakişiyeva, Mail Muradov, Güllü Abdullayeva, Sevil Osmanova, Almaz İsayeva, İmani Mustafayeva və başqaları söz alaraq qeyd ediblər ki, şəhərimiz gündən-günə daha da gözəlləşir. Amma bizim yaşadığımız təqribən 300 metr uzunluğu olan döngədə hələ də bir sıra çatışmazlıqlar var. Belə ki, yağış yağanda küçəmizdən axan sular evlərə dolur. Kanalizasiya borusu bəzi yerlərdə yararsız hala düşdüyündən çirkab suları kənara axır. Yolumuz bərbad haldadır.
İcra Başçısı sakinləri diqqətlə dinlədikdən sonra küçəni gəzərək çatışmazlıqlarla yerindəcə tanış olub, mövcud vəziyyəti öyrənib. Sakinlərlə, eləcə də aidiyyatı təşkilatların rəhbərləri ilə burada hansı tədbirlərin görülməsini müzakirə edib. Sonra görüləcək işlər barədə göstəriş verib. Küçəyə çınqıl tökülüb hamarlanmasını, kanalizasiya xəttinin təmir olunmasını və yağış sularının qarşısının alınması üçün bir sıra vacib işlərin görülməsini tapşırıb.
Sonda sakinlər onlarla görüşə gəldiyinə və çatışmazlığın aradan qaldırılmasına göstəriş verdiyinə görə rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.