Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə elmi-praktik konfrans keçirilmişdir

25 aprel 2013 | 15:00

Gənclər Mərkəzində AMİ-nin Qazax filialının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə elmi-praktik konfrans keçirilmişdir. Tədbirdən əvvəl Ulu Öndərin xatirəsi anılmış və abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur.
Konfransı giriş sözü ilə RİHB-nın müavini Gülayə Həsənova açmışdır.  AMİ-nn Qazax filialının direktoru, dosent Afaq xanım Qasımova geniş məruzə ilə çıxış etmişdir. Məruzədə Ulu Öndər Heydər Əliyevin həyatı, titanik fəaliyyəti, Azərbaycanın müstəqillik qazanmasında, azərbaycançılıq ideologiyasının formalaşmasında, azərbaycan dövlətinin yaradılmasında, ölkəmizin sosial-iqtisadi sahədə böyük uğurlar qazanmasında, iqtisadi və siyasi əhəmiyyətli beynəlxalq layihələrin həyata keçirilməsində və gerçəkləşdirilməsində, Azərbaycanın bütün dünyada yüksək nüfuz və söz sahibi olmasında Heydər Əliyevin misilsiz xidmətləri barədə faktların və rəqəmlərin dili ilə geniş danışılmış, tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.
Konfransda dosent Məmməd Yusifovun,  kafedra müdiri İradə Arıxovanın, baş müəllimlər Heyran Vəkilovanın, Aygün Əliyevanın, Ülviyyə Bayramovanın, müəllimlərdən Sevinc Əmiraslanovanın, tələbələrdən Pərviz Bayramovun, Gülluzar Əsədovanın, Mələknisə Hümmətovanın, Aysel Hüseynovanın və Sənəm Namazovanın çıxışları maraqla qarşılanmışdır.
Yekunda konfrans iştirakçıları tərəfindən ölkə prezidenti İlham Əliyev cənablarına müraciət qəbul edilmiş və təhsildə, ictimai-siyasi işlərdə fərqlənən tələbələrdən bir qurupuna  İnstitutun fəxri fərmanları təltif olunmuşdur.

Keçidlər