Şriftin ölçüsü :

Saytın rəngi :

Keyfiyyətlə görülən işlər öz bəhrəsini verir

27 sentyabr 2017 | 16:00

Respublika Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Bunun nəticəsidir ki, rayonumuzun siması gündən-günə daha da gözəlləşir, yeni-yeni sosial obyektlər tikilir və istifadəyə verilir.
Bu gün respublikamızda, eləcə də rayonumuzda inkişaf etdirilən sahələrdən biri də xalçaçılıqdır. Bu məqsədlə bir neçə aydır ki, rayonumuzda Xalça müəssisəsinin tikintisinə başlanılıb.
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov bu gün yeni istehsalat müəssisəsinin inşası ilə tanış olub. Rayon rəhbərliyinə məlumat verilib ki, “Azərxalça” ASC tərəfindən inşa edilən müəssisədə tikinti işləri yekunlaşmaq üzrədir.
Görülən işlər bir-bir nəzərdən keçirildikdən sonra İcra Başçısı işlərin tez bir zamanda başa çatdırılması üçün lazımi tapşırıqlarını vermişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov sonra Heydər Əliyev prospektində aparılan təmir-tikinti işləri ilə yaxından tanış olmuş, tapşırıq və tövsiyələrini vermişdir. 
Daha sonra rayon rəhbəri Azadlıq küçəsi 32 ünvanında yerləşən ikimərtəbəli binada aparılmış təmir işlərinə baxıb.
Binada yaşayan sakinlər Respublika Prezidenti İlham Əliyev cənablarına  minnətdalıqlarını bildirərək qeyd ediblər ki, bu gün Qazax şəhərində görülən işlər öz bəhrəsini verir, şəhərimiz gündən-günə abadlaşır.

 

Keçidlər