Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda kiçik və orta sahibkarlarla görüş keçirilmişdir

27 sentyabr 2017 | 16:00

Qazaxdakı Ədəbiyyat Muzeyində İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu tərəfindən  əmək bazarı üzrə ehtiyacların öyrənilməsi və təkmilləşdirmələr aparılması məqsədilə kiçik və orta sahibkarlarla görüş keçirilmişdir. Tədbirdə Qazax RİHB-nın müavini Tahir Musayev,  İnstitutun  şöbə müdiri Təranə Salıfova, aidiyyatı qurumların rəhbərləri, rayonun kiçik və  orta sahibkarları, KİV nümayəndələri iştirak etmişlər.
RİHB-nın müavini Tahir Musayev  tədbiri giriş sözü ilə açaraq  keçirilən tədbirin əhəmiyyəti və məqsədi haqqında toplantı iştirakçılarına ətraflı məlumat vermişdir.
Elmi Tədqiqat İnstitutun şöbə müdiri Təranə Salıfova  əmək bazarı üzrə ehtiyacların öyrənilməsi və təkmilləşdirmələr aparılması sahəsində görüləcək işlər barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Sonra çıxışlar olmuş, sahibkarlar bu sahənin inkişafı ilə əlaqədar öz problemləri, ehtiyacları və çətinliklər barədə danışmışlar.
Tədbir zamanı maraqlı fikirlər söylənilmiş və qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Keçidlər