Şriftin ölçüsü :

Saytın rəngi :

Daş Salahlı kəndinə içməli su çəkilir

28 sentyabr 2017 | 16:00

Qazax rayonunun Daş Salahlı kəndinə içməli su çəkilir. Qazaxbəyli, Ürkməzli, Aslanbəyli, Ağköynək, Qarapapaq, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Bala Cəfərli kəndlərindən sonra Daş Salahlı kəndinə də içməli su çəkilişinə başlanılıb. Bu məqsədlə lazım gələn metal borular və texnika nəzərdə tutulan əraziyə gətirilib.
Su xəttinin çəkilişi İR Konstruktion MMC tərəfindən aparılır. Kəndə çəkilən xəttin uzunluğu 3450 metrdir.  Tikinti işləri ilə 3 briqada məşğul olur.
Hal-hazırda boru çəkiləcək ərazi traktor vasitəsi ilə qazılır və bu iş başa çatmaq üzrədir. Eyni zamanda, düz xətt boyunca düzülmüş dəmir borular  torpağa basdırılmaq üçün izolyasiya edilir.

 

Keçidlər