Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı vətəndaşları fərdi şəkildə qəbul edib

10 fevral 2023 | 16:51

Bu gün ölkəmizdə bütün sahələrdə vətəndaş amilinin ön plana çəkilməsi Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda hər zaman öz əksini tapır. Eyni zamanda bu, hər bir dövlət məmuruna örnəkdir. Ən əsası da bu gün vətəndaş məmnunluğunun təmin olunması, bütün sahələrdə vətəndaş amilinin əsas götürülməsi dövlət siyasətinin ana xəttini təşkil edir. Ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələr də məhz bu məqsədi daşıyır. 

Vətəndaş amili Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.

Fevralın 10-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fərdi şəkildə görüşmək istəyən daha bir qrup vətəndaşı qəbul edib. Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirovun iştirakı ilə keçirilən qəbulda vətəndaşların müxtəlif məzmunlu müraciətlərini dinləyib. 

Qazax şəhər sakinləri Abbasova Kamilə Rəcəb qızının, Qocayeva Kəmalə Səfər qızının, Quliyeva Qənirə Fərmayıl qızının, Qocayeva Sədaqət Məmmədəli qızının, İkinci Şıxlı kənd sakini, şəhid ailəsi İbrahimova Şövkət Şərif qızının, Qarapapaq kənd sakini, 3-cü dərəcəli Vətən müharibəsi əlili Vəliyev Kamil Nəbi oğlunun, Daş Salahlı kənd sakini Hüseynova Solmaz Binnət qızının, Çaylı kənd sakini Xəlilova Solmaz Yaqub qızının, Məzəm kənd sakinləri İsmayılova Dilarə Səməd qızının, Rəhimov Akif Nuru oğlunun müxtəlif məzmunlu müraciətlərini dinləyib. Hər zaman olduğu kimi bundan sonra da vətəndaş məmnunluğunun əsas götürüləcəyini, qaldırılan məsələlərə həssaslıqla yanaşılacağını bildirib.

Vətəndaşların işlə təmin edilməsində köməklik göstərilməsi ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. Məşğulluq Mərkəzində olan vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib.

Keçidlər