Qazaxda Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilmişdir
Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının təşəbbüsü ilə “Heydər Əliyev: mədəniyyətimiz və ədəbiyyatımız” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Azərbaycanın Qərb bölgəsində yaşayan şair və yazıçılar, mədəniyyət işçiləri, ziyalılar və KİV nümayəndələri iştirak etmişdir. Tədbiri AYB-nin Qazax zona filialının direktoru, əməkdar incəsənət xadimi şair Barat Vüsal açmış, rayonun şəhər və kəndlərində, idarə, müəssisə və təşkilatlarında Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər barədə danışmışdır. Ulu Öndər Heydər Əliyevin mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində böyük xidmətlər göstərməsi, respublikamızda ədəbiyyat və incəsənət xadimlərinə, şair və yazıçılara dövlət səviyyəsində göstərilən diqqət və qayğı və bu gün həmin siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən də uğurla davam etdirilməsi barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Sonra, RİHB-nın müavini Gülayə Həsənova, filologiya üzrə fəlsəfə elmləri doktoru, şairə Salatın Əhmədli, şairlərdən Ələddin İncəli, Tamella Poladlı, gənc şairlərdən Elnarə Nur, Elməddin Nicat, Gülnar Səma, Şəhanə Könül, Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzinin direktoru Layiq Qələndərli, şairə Nəzakət Məmmədova, Tovuz rayonundan “Turan dünyası” qəzetinin baş redaktoru Məzahir Alıyev, Ağstafadan şair Saqif Qaratorpaq, Qazax Dövlət Dram teatrının direktoru Saqif İsgəndərov, əməkdar müəllim Mustafa Mirzəyev, Qazax Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Solmaz Babanlı, AMİ-nin Qazax filialının müəllimi Şöhrət Cəlaloğlu çıxış etmişlər və Ulu Öndər Heydər Əliyevin ədəbiyyatımıza və mədəniyyətimizə göstərmiş olduğu diqqət və qayğıdan ətraflı danışmışlar.