Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi ilə bağlı Rayon səhiyyə şöbəsində toplantı keçirilmişdir.
28 aprel 2013 | 15:00
Tədbiri giriş sözü ilə RİHB-nın müavini Gülayə Həsənova açmışdır. Rayon Səhiyyə şöbəsinin baş həkimi Arzu Novruzov akademik Zərifdə xanım Əliyevanın dünya oftalmologiya elminin inkişafındakı xidmətlərindən və onun yüksək insani keyfiyyətlərindən danışmışdır.
Həkimlərdən Sevda Məmmədova, Turan Axundova və Xalidə İsmayılova görkəmli alimin keçdiyi zəngin həyat yolundan maraqlı fikirlər söyləmişlər və alimin tibb elminin inkişafındakı xidmətləri barədə geniş məlumat vermişlər.