Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxın Çaylı və Kommuna kəndlərinə yeni içməli su xətti çəkilir

10 oktyabr 2017 | 16:00

Qazaxın Çaylı və Kommuna kəndlərinə yeni içməli su xətti çəkilir. Qazax rayonu İcra Hakimiyyətinin, Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin və Azərbaycan Respublikası  Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı və maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Çaylı və Kommuna kəndlərinin içməli suya olan tələbatının daha da yaxşılaşdırılması, su borularının yenidən çəkilməsi və suyun mənbəyində üstü örtülü 7 tonluq hovuzun  tikilməsidir.
Bu istiqamətdə aparılan işlər artıq başa çatmaq üzrədir. Yaxın günlərdə yeni çəkilən içməli su xətti kənd sakinlərinin istifadəsinə veriləcəkdir.

Keçidlər