Şriftin ölçüsü :

Saytın rəngi :

İctimai dinləmələr keçirilmişdir

01 may 2013 | 15:00

Qazax rayonunda “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin  səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda ictimai dinləmələr keçirilmişdir. Tədbirə yerli icra hakimiyyəti qurumlarının nümayəndələri, məhkəmə hakimiyyəti, prokurorluq və polis orqanlarının rəhbərləri, bələdiyyə və DSK sədrləri, yerli QHT-lər, ictimaiyyət və KİV nümayəndələri dəvət olunmuşlar.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin Başçısı cənab Ayaz Əsgərov açmış, insan hüquqlarının təminatı və Milli Fəaliyyət Proqramının icrası sahəsində rayonda görülmüş işlər və qaşıda duran vəzifələrlə bağlı ətraflı məlumat vermişdir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira xanım Süleymanova  “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası vəziyyəti və qaşıda duran vəzifələr” barədə  məruzəsi tədbir iştirakçılarının marağına səbəb olmuşdur. 
Sonra tədbir iştirakçıları ilə müazakirələr aparılmış, onların rəyi və təklifləri dinlənilmişdir.

Keçidlər