Şriftin ölçüsü :

Saytın rəngi :

Ustad Aşıq Ədalət Nəsibovun 40 mərasimi keçirilmişdir

22 oktyabr 2017 | 16:00

“Qazax Xeyriyyə” İctimai Birliyinin təşkilaçılışı ilə Bakı şəhərində yerləşən “Tural” Mərasim evində ustad aşıq Dədə Ədalətin 40 mərasimi keçirilmişdir. Mərasimdə Qazax rayon İcra Hakimiyyətinin başçısı  Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Millət vəkilləri Kamran Nəbizadə, Elşad Həsənov, Ülviyyə Ağayeva, akademik Teymur Bünyadzadə, akademik Nizami Cəfərov və Respublikanın tanınmış ictimai-siyasi, elm, təhsil xadimləri, şair və yazıçılar, aşıq sənətinin tanınmış ifaçıları və müxtəlif peşə sahibləri, bir sözlə ölkənin hər yerindən Ədalətsevərlər ustad sənətkara hörmət və ehtiramlarını bildirmək üçün məclisə gəlmişdilər.
İlk olaraq “Qazax Xeyriyyə” İctimai Birliyinin Ustad Aşıq Ədalətə həsr etdiyi “Dəli Kür” qəzetinin 36 səhifəlik xüsusi buraxılışı mərasim iştirakçılarına paylandı. Sonra ustad aşığın ruhuna “Quran-Kərim”dən surələr oxundu. Ehsan süfrəsindən  sonra Çiçək Mahmudqızının ssenarisi ilə hazırlanmış “Dədə Ədalət ruhunun işığında” adlı filmin nümayişi oldu. Filmdə Ustad Ədalətin ifasında saz ifaları, onun haqqında tanınmış ictimai-siyasi xadimlərin dediyi sözlər səsləndirildi. Daha sonra professor Buludxan Xəlilov, Məti Osmanoğlu Aşıq Ədalət haqqında elmi çıxışlar etdilər. Aşıq Ədalət işığından nurlanan tanınmış aşıq sənətkarların ifasında şeirlər səsləndirildi.
Qeyd edək ki, Azərbaycanın və türk dünyasının böyük ozanı, ustad sənətkarı Aşıq Ədalət 14 sentyabr 2017-ci ildə haqqın dərgahına qovuşmuşdur. Böyük sənətkarla vida mərasimi Qazax Mədəniyyət Mərkəzində təşkil edilmişdir. Öz vəsiyyətinə uyğun olaraq Dədə Ədalət 15 sentyabr 2017-ci ildə Qazax rayonunda, Ağköynək qəbiristanlığında dəfn olunmuşdur.

Keçidlər