Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda məişət cihazlarının satışı mağazası fəaliyyətə başlamışdır

25 oktyabr 2017 | 16:00

Qazaxda sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, bu sahə sürətlə inkişaf edir. Bunu rayonda yaradılan yeni-yeni sahibkarlıq obyektlərinin, dükanların, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin istifadəyə verilməsindən daha aydın şəkildə görmək olar.
Bu gün açılışı olan “BEKO” məişət cihazlarının satışı mağazası da Qazaxda sahibkarlığın inkişafına göstərilən dəstəyin daha bir əyani sübutudur.
Açılış mərasimində iştirak edən Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab  Rəcəb Babaşov çıxış edərək yeni mağazanın istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və mağazanın əməkdaşlarını səmimi qəlbdən təbrik edib, yeni yaradılan mağazaya öz xeyir-duasını verib. Qeyd edib ki, bu gün respublikamızda sahibkarlığın inkişaf etməsi üçün şəffaf və münbit şərait var. Yeni müəssisələrin, sahibkarlıq obyektlərin açılması və fəaliyyət göstərməsi üçün Qazaxda sahibkarlar üçün geniş imkanlar yaradılır, hər cür dəstək göstərilir. Ona görə də rayonumuzda bu istiqamətdə görülən işlər getdikcə artır və özəl sektor sürətlə inkişaf edir.
Mağaza sahibi Vahid Əsgərov çıxış edərək bildirib ki, respublikamızda, eləcə də Qazaxda özəl sektorun inkişafı üçün yaradılan şərait, göstərilən diqqət və qayğı biz sahibkarlara böyük stimul verir və yeni mağazalar, dükanlar, istehsal obyektləri açmağa sövq edir. Qeyd edib ki, yeni mağazada satılan bütün mallar yüksək keyfiyyətlidir və eyni zamanda, bütün mallara zəmanət verilir.
Mağazanın rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra rayon sakinləri  mağaza ilə tanış olub, burada satılan məhsulların keyfiyyəti ilə maraqlanıblar.

Keçidlər