Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonunda əhalinin sülh və hərb mənşəli fövqəladə hallara qarşı hazırlığına dair maarifləndirici tədbirlər davam edir

25 oktyabr 2017 | 16:00

Bu gün, əhalinin, o cümlədən gənclərin sülh və hərb mənşəli fövqəladə hallara qarşı hazırlığı ölkə qarşısında duran əsas məsələlərdən biridir.
Mürəkkəb vəziyyətlərdə gənclərin qətiyyətli davranması üçün onlara lazımı biliklərin öyrədilməsi və bu sahədə hazırlanması təhsil müəssisələrinin üzərinə düşən ən vacib məsələlərdəndir.
Qazax rayonu İcra Hakimiyyəti başçısının 02 oktyabr 2017-ci il tarixdə təsdiq etdiyi təqvim planına uyğun olaraq rayon ərazisində fəaliyyət  göstərən təhsil müəssisələrində “Fövqəladə hadisələrdən müdafiə  sahəsində əhalinin hazırlanması” mövzusunda silsilə tədbirlər davam edir.
Qazax şəhərindəki BDU-nun Qazax filialında, Qazax Dövlət Sosial İqtisadi Kollecində, Qazax Peşə Liseyində, Qazax şəhər 1, 2, 3, 4, 5 saylı tam orta məktəblərində və məktəb liseydə keçirilən tədbirlərdə rayon İcra Hakimiyyəti başçısı aparatında İnformasiya təminatı və təhlil sektorunun müdiri Azad Hümbətov, həmin təhsil müəssisələrinin direktorları, müəllimlər, tələbələr və şagirdlər  iştirak ediblər.
Həmin tədbirlər zamanı əhalinin, o cümlədən gənclərin sülh və hərb mənşəli fövqəladə hallara qarşı hazırlığı ölkə qarşısında duran əsas məsələlərdən biri olduğu, mürəkkəb vəziyyətlərdə gənclərin qətiyyətli davranması üçün onlara lazımı biliklərin öyrədilməsi və bu sahədə hazırlanmasının təhsil müəssisələrinin üzərinə düşən ən vacib məsələ olduğu vurğulanır.
Fövqəladə hadisələrin qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsi, fövqəladə hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması və fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə bağlı məsələlər geniş izah edilir.
Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq idarə, müəssisə və təşkilatlarda  yanğın təhlükəsizliyi qaydalarının tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində lazımi tədbirlərin həyata keçirildiyi, bu istiqamətdə işlərin nəzarətdə saxlanıldığı bildirilir.
Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsi və əhaliyə mülki müdafiənin öyrədilməsi sahəsində aparılan işlərin səmərəliliyinin artırılması  bu gün qarşıda duran ən vacib məsələlərdən olduğu tədbir iştirakçılarına çatdırılır.

 

Keçidlər