Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanın özü qədər əbədi” adlı elmi–praktik konfrans keçirilmişdir

04 may 2013 | 15:00

Azərbaycan dövlətinin qurucusu və memarı olan Heydər Əliyevin 90 illik yubileyi rayonumuzda silsilə tədbirlərlə davam etdirilir. Azərbaycan iqtisadiyyatının, mədəniyyətinin, elminin inkişafında ulu öndərin mislisiz xidmətləri vardır.
“Göyəzən” rayon qəzetinin keçirdiyi “Azərbaycanın özü qədər əbədi” adlı konfransda ümummilli lider Heydər Əliyevin Azərbaycan milli mətbuatının tərəqqisindəki əvəzsiz xidmətlərindən söz açılmışdır.
Konfrans iştirakçıları ilk öncə Heydər Əliyev adına parka gələrək ulu öndərin abidəsini ziyarət etmiş, heykəli önünə gül dəstələri qoyaraq ümummilli liderin əziz xatirəsini böyük ehtiramla yad etmişlər.
Azərbaycan Müəllimlər İnstitutu Qazax filialının Heydər Əliyev auditoriyasında keçirilən konfransda idarə və müəssisə rəhbərləri, institutun müəllim və professor heyəti, tələbələr və mətbuat işçiləri iştirak etmişdir.
Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gülayə Həsənova konfransı giriş sözü ilə açmışdır.
Sonra ümummillli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfrans ulu öndərə həsr olunmuş filmin nümayişi ilə öz işinə başlamışdır.
“Göyəzən” rayon qəzetinin baş redaktoru Elçin İsmayıl məruzə ilə çıxış edərək Ulu Öndərin həyat və fəaliyyəti haqqında danışmış, ona həsr etdiyi “Böyük ömrün Qazax salnaməsi” adlı kitabından, Ümummilli Liderin 1971, 1979 və 1998-ci illərdə Qazax rayonuna olan səfərlərindən söz açmışdır.
“Göyəzən” rayon qəzetinin müxbiri Xuraman Əzimova, Rayon Veteranlar şurasının sədri Xanqulu Süleymanov, AMİ Qazax filialının direktoru Afaq Qasımova, qəzetin şöbə müdiri Nüşabə Hüseynova çıxış edərək ulu öndərin Azərbaycan xalqının qəlbində qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi yaşadığını qeyd etmişlər.
Konfransın sonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar “Göyəzən” rayon qəzetinin AMİ Qazax filialının tələbələri arasında keçirdiyi “Ən yaxşı məqalə” müsabiqəsinin qaliblərinə redaksiya tərəfindən Fəxri Fərman və hədiyyələr verilmişdir.

Keçidlər