Şriftin ölçüsü :

Saytın rəngi :

Xidmət sahəsində rəhbər heyətin mülki müdafiə məşqi keçirilmişdir

27 oktyabr 2017 | 16:00

2017-ci il üçün Qazax rayonu İcra Hakimiyyətinin mülki müdafiə tədbirlər planına uyğun olaraq 27 oktyabr 2017-ci il tarixdə Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsində rəhbər heyətin mülki müdafiə məşqi keçirilmişdir.
“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilən rəhbər heyətin mülki müdafiə məşqinə obyektin rəhbər heyəti, fövqəladə hallar komissiyası, mülki müdafiə qərargahı, mülki müdafiə dəstələrinin komandir-rəis heyəti cəlb olunmuşdur.
Məqsəd fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən rəhbər heyətin funksional vəzifələrinin yerinə yetirilməsi üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirmək, rəhbər heyətə mülki müdafiə tədbirlərini idarə etmək təcrübəsini öyrətmək və siqnallar cədvəlindən istifadə etməklə məlumatların hazırlanması və ötürülməsini təşkil etmək olmuşdur.

Keçidlər