Qazax rayonunda həvəskar idmançılar arasında mini futbol üzrə rayon turniri keçirilmişdir
Qazax Rayon Gənclər və İdman idarəsi və “Olimp” idman klubunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı həvəskar idmançılar arasında mini futbol üzrə rayon turniri keçirilmişdir.
Turnirdə 15 komanda və 150 nəfər idmançı iştirak etmişdir. Turnir başlanmazdan əvvəl Ulu Öndərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə Qazax RİHB-nın birinci mavini Fərman Nağdalıyev, “Olimp” idman klubunun prezidenti Arzuman Abdulkərimov, gənc şairə Sevil Nuruyeva çıxış etmişlər. Ulu Öndər Heydər Əliyevin əsasını qoymuş olduğu gənclər və idman siyasətinin bu gün ölkə prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirildiyini söyləmişlər və Azərbaycanın artıq dünyada idman ölkəsi kimi tanınması barədə ətraflı məlumat vermişlər.
Turnir keçirilmiş və qalib komandalar müəyyən edilmişdir. Qalib komandalara medal və kubok təqdim edilmiş və pul mkafatları verilmişdir.