Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Şəhidlər Ölməz Vətən Bölünməz" layihəsi həyata keçirilir

04 noyabr 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Gəncliyin Təşəbbüsü" Maarifləndirmə İctimai Birliyi tərəfindən "Şəhidlər Ölməz Vətən Bölünməz" layihəsi çərcivəsində şəhid Süleyman Süleymanovun xatirəsinə həsr olunmuş mini-futbol və qol güləşi idman növləri üzrə xatirə turnirləri həyata keçirilir.
Layihənin əsas məqsədi sərhəd rayonu olan Qazax rayon gənclərinin asudə vaxtlarını düzgün və səmərəli təşkil etməkdir. Eyni zamanda, düşmənlə təmas xəttində gedən döyüş zamanı şəhid olmuş, Qazax rayonunun Daş Salahlı kənd sakini şəhid Süleymanov Süleyman Elçin oğlunun xatirəsini əziz tutmaq, daima yad etmək, onun ailəsinə mənəvi dəstək olmaq, gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi,  Vətənə və dövlətə bağlılığının daha da artırılmasıdır.
Artıq 30 oktyabr - 2 noyabr 2017-ci il tarixlərində Qazax Olimpiya İdman Kompleksində keçirilən mini-futbol turniri yekunlaşıb. Turnirdə rayonun orta məktəb şagirdlərindən ibarət komandalar iştirak edib.
Gərgin idman mübarizəsi şəraitində keçən görüşlər nəticəsində qaliblər müəyyən olub. Birinci Şıxlı kənd tam orta məktəbin komandası I yerə, M.Hüseyn adına məktəb-liseyin komandası II yerə, Kommuna kənd tam məktəbin komandası isə III yerə layiq görülüblər. Qalib komandalar diplom və medallarla mükafatlandırılıblar.
  Turnirdə iştirak edən şəhid Süleyman Süleymanovun valideynləri təşkilat komitəsinə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər