Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Vətən Müharibəsində həlak olanların xatirəsi əbədiləşdirilir

07 noyabr 2017 | 16:00

Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov mütəmadi olaraq rayon mərkəzində, eləcə də kəndlərdə olur, həyata keçirilən tikinti-quruculuq işlərinin gedişi ilə tanış olaraq nəzarət edir. Bunun nəticəsidir ki, rayonda görülən abadlıq və quruculuq işlərinin sürəti ilə yanaşı keyfiyyətinə də diqqət yetirilir.
Bu gün rayon rəhbərliyi Daş Salahlı kəndində əsaslı şəkildə yenidən qurulmuş Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə-kompleksinə gəlib, burada görülmüş işlərlə tanış olub. Yüksək səviyyədə hazırlanmış “İkinci dünya müharibəsində həlak olmuş və itkin düşmüş Daş Salahlı kənd sakinləri” adlı lövhəyə baxıb. Lövhədə həmin müharibədə həlak olmuş və itkin düşmüş kənd sakinlərinin adları qeyd olunub. İcra Başçısı abidənin özündə, eləcə də ətrafında əsaslı şəkildə həyata keçirilmiş abadlıq və yenidənqurma işlərindən razılığını bildirərək yüksək qiymətləndirib.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov abidənin ətrafında kənd sakinləri ilə görüşüb. Ağsaqqallardan Fərhad Qocamanov, Yolçu Əliyev, Valodya Qurbanov, Kərəm Əsgərov, Ulduz Mancanov və başqaları söhbət zamanı Daş Salahlı kəndində görülən işlərdən söz açıblar. Qeyd ediblər ki, qısa müddətdə kənddə illərdən bəri yığılıb qalmış problemlər öz həllini tapmış, bir il yarım vaxt ərzində on illərin işi görülmüşdür. Kənddə 2 və 3 saylı uşaq bağçası-körpələr evi əsaslı şəkildə yenidən qurulmuş, asfalt yol çəkilmiş, mərkəzi küçədəki evlər, darvazalar, divarlar təmir olunmuş, başdan-başa rənglənmişdir. Yol kənarları kol-kosdan təmizlənmişdir. Eyni zamanda kəndə SİP kabel çəkilmiş, köhnə işıq dirəkləri yeniləri ilə əvəz olunaraq küçə işıqları ilə işıqlandırılmışdır. Ətrafında dayandığımız bu abidə-kompleks də çox yüksək səviyyədə yenidən qurulmuşdur. Kəndə çəkilən su çəkilşi isə yaxın günlərdə başa çatacaqdır. Görülən bütün bu abadlıq və quruculuq işlərinə görə kənd sakinləri Respublika Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı cənab  Rəcəb Babaşova sonsuz təşəkkürlərini çatdırıblar.
Rayon rəhbərliyi görülən işlərlə kifayətlənilməyəcəyini və kənddə bundan da böyük layihələrin həyata keçiriləcəyini bildirmişdir.

Keçidlər