Dəyirmi masa keçirilmişdir
Qazax Rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə “İqtisadi inkişafın Heydər Əliyev modeli” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, həmkarlar təşkilatlarının sədrləri, sahibkarlar, yerli QHT-lər, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Rayon Məşğulluq mərkəzinin direktoru Səfurə Vəliyeva açmış, Ulu Öndərin dövlət məşğulluq siyasətinin işlənib hazırlanmasında, həyata keçirilməsində, vətəndaşların səmərəli və sətbəst seçim məşğulluğunun təmin olunmasında və sahibkarlığın inkişaf etdirilməsində misilsiz xidmətləri barədə danışmışdır.
RİHB-nın müavini Gülayə Həsənova, AMİ-nin Qazax filialının direktoru Afaq Qasımova, Rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Nəbiyev, YAP rayon təşkilatı sədrinin müavini Abdulla Abdullayev, Mədəniyyət İşçiləri Həmkarlar ittifaqının rayon təşkilatının sədri İsgəndər Qurbanov və “Göyəzən” rayon qəzetinin redaktoru Elçin İsmayıl çıxış etmişlər. Ulu Öndərin müəllifi olduğu məşğulluq siyasətinin bu gün ölkəmizdə uğurla həyata keçirilməsindən və bu sahədə əldə olunmuş uğurlardan danışmışlar.