Şriftin ölçüsü :

Saytın rəngi :

Qələbənin 68-ci il dönümü Qazax rayonunda da qeyd edilmişdir

10 may 2013 | 15:00

Qazax rayon İcra Hakimiyyətində Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 68-ci il dönümü münasibəti ilə təntənəli toplantı keçirilmişdir. Toplantıda Böyük Vətən Müharibəsi veteranları, arxa cəbhə əmək veteranları, ağsaqqallar və KİV nümayəndələri iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov tədbiri giriş sözü ilə açmış, Qələbə günü münasibəti ilə veteranları və xalqımızı təbrik etmişdir. Böyük Vətən Müharibəsi veteranlarına ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışmışdır. Bildirilmişdir ki, bu müharibəyə təkcə Qazax rayonundan 12510 nəfər səfərbər edilmiş, onlardan 5500 nəfəri döyüş səngrlərində qəhrəmancasına  həlak olmuş və 3200 nəfəri isə itkin düşmüşdür.
Hazırda veteranlarımız tərəfindən gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində səmərəli iş aparıldığı göstərilmişdir.
Böyük Vətən müharibəsi iştirakçılarından Xanqulu Süleymanov, Səməd Kosayev və başqaları çxış etmiş, onlara göstərilən köməyə, diqqətə və qayğıya görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda rayon rəhbərliyi tərəfindən müharibə veteranlarına pul mükafatları və qiymətli hədiyyələr verilmişdir.

Keçidlər