Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Gül bayramı keçirilmişdir

10 may 2013 | 15:00

Bu əlamətdar bayramla bağlı şəhərdəki Heydər Əliyev parkında lazımi hazırlıq işləri aparılmış, park başdan-başa bəzədilmişdir. Müxtəlif gül-çiçək, bitki və yarpaqlardan hazırlanmış rənga-rəng tablolar, gül kompozisiyaları görünüşü və gözəlliyi ilə seçilmiş və rayon sakinlərinin diqqətini cəlb etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və qonaqlar rayonun idarə və təşkilatlarının, ictimai birliklərin, təhsil müəssisələrinin, ictimaiyyət nümayəndələrinin toplaşdığı Heydər Əliyev parkını gəzmiş, maraqlı gül ekspozisiyaları ilə tanış olmuş, bayram iştirakçıları ilə səmimi söhbətlər etmişlər. Sonra İcra Hakimiyyətinin müsabiqə komissiyası üzvlərinin iştirakı ilə parkdakı gül kompozisiyaları və əl işlərinə baxış keçirilmişdir. Parkdakı kompozisiyalar insanları dönə-dönə ayaq saxlamağa, dahi şəxsiyyətin xalaq məhəbbətinə güllərin və çiçəklərin dili ilə baxmağa vadar edirdi.
Müdrik rəhbərin gözəlliyə sevgisi, Azərbaycan təbiətini qorumaqla bağlı tövsiyələri bu gün də məhəbbətlə qarşılanır. Ulu Öndər Heydər Əliyevin təbiətlə bağlı arzuları möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilir.
Gül kompozisiyaları və əl işlərinə baxış zamanı I yerə 1 nəfər, II yerə 2 nəfər, III yerə isə 7 nəfər layuq bilinmiş və qalib olmuşlar. Qaliblərə qiymətli hədiyyələr verilmişdir.

Keçidlər