Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni tibb məntəqəsinin açılışı olmuşdur

11 may 2013 | 15:00

Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Böyük Cəfərli kəndində yeni tibb məntəqəsinin açılışı olmuşdur. Bina 6 otaqdan ibarət olmaqla, müasir tibbi avadanlıqlarla və inventarlarla təmin olunmuşdur. Açılış münasibəti ilə təşkil olunmuş toplantını Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov açmış, bu cür yeni, müasir sosial obyektin tikintisinə və istifadəyə verilməsinə görə kənd əhalisini təbrik etmişdir. Tədbirdə kənd sakinlərindən Sabir Vəliyev, Seyfəddin Vəliyev, həkim məntəqəsinin Baş həkimi Səbinə Vəliyeva çıxış etmişlər və ölkə başçısına dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər