Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda möhtəşəm bayram konsetri və atəşfəşanlıq olmuşdur.

11 may 2013 | 15:00

Qazaxda möhtəşəm bayram konsetri və atəşfəşanlıq olmuşdur.
2013-05-10
Ulu Öndərin 90 illik yubileyi münasibəti ilə Heydər Əliyev Mərkəzində konfrans keçirilmişdir. Əvvəlcə, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilmişdir. Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov açmış, Ulu Öndərin həyat və fəaliyyəti, xalqımıza göstərdiyi misilsiz xidmətlər barədə ətraflı danışmışdır. Sonra çıxış edən natiqlər, YAP rayon təşkilatının sədri Həmid Pənahov, AMİ-nin Qazax filialının direktoru, dosent Afaq Qasımova, Rayon Maliyyə İdarəsinin rəisi Novruz Abdullayev, Qazax bələdiyyəsinin sədr müavini Vüsal İsmayılov “Müasir Azərbaycanın Heydər Əliyevin şah əsəri” olması barədə tədbir iştirakçılarına geniş məlumat vermişlər.
     

      Tədbir bayram şənlikləri ilə günün sonunadək davam etmiş, möhtəşəm konsert və atəşfəşanlıqla başa çatmışdır.

Keçidlər