Qazaxda silsilə maarifləndirici tədbirlər həyata keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “İslam Həmrəyliyi ili: silsilə maarifləndirici tədbirlər” layihəsi çərçivəsində tədbirlər keçirilmişdir.
Layihə çərçivəsində 03.11.2017-ci il tarixdə Qazax şəhər S.Əfəndiyev adına 1 nömrəli, 07.11.2017-ci il tarixdə Qazax şəhər S.Vurğun adına 2 nömrəli, 21.11.2017-ci il tarixdə Qazax şəhər F.Şamoyev adına 4 nömrəli, 22.11.2017-ci il tarixdə Qazax şəhər N.Vəliyev adına 5 nömrəli tam orta məktəblərdə və 23.11.2017-ci il tarixdə Qazax şəhər M.Hüseyn adına məktəb-liseydə yuxarı sinif şagirdləri arasında “İslam sülh və həmrəylik dinidir” başlığı altında inşa-yazı müsabiqələri, 30.11.2017-ci il tarixdə isə Qazax Dövlət Rəsm Qalereyasında rəsm müsabiqəsi keçirilmişdir.
Bundan başqa, layihə çərçivəsində sakinlərin, xüsusən də, gənclərin dinə münasibətinin, dini dözümlülük və dini radikalizm haqqında fikirlərinin araşdırılması məqsədilə BDU-nun Qazax filialında, Qazax Dövlət Sosial-İqtisadi Kollecində, Daş Salahlı, Çaylı və Aslanbəyli kəndlərində sorğular keçirilmişdir.
Keçirilən tədirlərdə ümumilikdə 300 nəfər gənc iştirak etmişdir.