Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda aşıq Cəlal Qəhrəmanova həsr olunmuş Yubiley tədbiri keçirilmişdir.

18 may 2013 | 15:00

Tədbirdə rayonun təhsil, mədəniyyət işçiləri, şairlər, saz-söz həvəskarları, ziyalılar, içtimaiyyət və KİV nümayəndələri iştirak etmişlər. yubiley tədbirini  Azərbaycan Yazıçılar Birliyinin Qazax Zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal açmış, ustad aşığın yaradıcılığı barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, aşığın 100-dən çox qoşması, gəraylısı, müxəmməsi, divanisi, təcnisi və deyişməsi dillər əzbəridir. Onun ifasında 23 saz havası Azərbaycan Radiosunun qızıl fonduna daxil edilmişdir. O, həm də “Cəlal oğlu” saz havası ilə 2 dastanın müəllifidir. Tədbirdə bir sıra maraqlı çıxışlar olmuş, sonda aşıqlar  Cəlal Qəhrəmanoğluna həsr olunmuş saz havaları ifa etmişlər.

Keçidlər