Xalça müəssisəsi yaxın günlərdə istifadəyə veriləcək
Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə xalçaçılığın inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılıb. Bu sahənin daha da genişləndirilməsi məqsədilə Respublikanın ayrı-ayrı bölgələrdə yeni xalça müəssisələri tikilir.
Qazax rayonunda da xalçaçılığın inkişafı məqsədilə lazımi işlər həyata keçirilir. “Azərxalça” ASC tərəfindən Qazax şəhərində inşa edilən Xalça müəssisəsinin tikintisi bunun bariz nümunəsidir.
İnşaat işlərinə başlanan vaxtdan demək olar ki, hər gün Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov tikintiyə baş çəkir, işlərin gedişi ilə yaxından maraqlanır, lazım gəldikdə öz köməyini əsirgəmir. Bunun nəticəsidir ki, xalça müəssisəsinin tikintisi qısa müddət ərzində həyata keçirilib.
Bu gün rayon rəhbərliyi Xalça müəssisəsində görülən son tamamlanma işləri ilə tanış olub. Xalça müəssisəsinin direktoru Nazim İbrahimov rayon rəhbərliyinə görülən işlər barədə məlumat verib. Yüksək keyfiyyətlə inşa edilmiş Xalça müəssisəsi yaxın günlərdə istifadəyə veriləcəkdir.