Şriftin ölçüsü :

Saytın rəngi :

Konfrans keçirilmişdir

23 may 2013 | 15:00

Qazax Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət  Xidmətinin rəis müavini Araz Əliyev açmış və konfransın keçirilməsinin məqsədi və qarşıda duran vəzifələr barəsində tədbir iştirakçılarına geniş məlumat vermişdir. Konfransda İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət  Xidmətinin, Qazax rayon İcra Hakimiyyətinin, Səhiyyə Nazirliyinin Qazax rayon Gigiyena və Epidemiologiya mərkəzinin, Ərazi Kənd Təsərrüfatı idarəsinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Azad İstehlakçılar Birliyinin rəsmi nümayəndələri və həmçinin KİV və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
     Konfransda İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət  Xidmətinin şöbə müdiri Kamran Umudov “İstehlakçı hüquqlrının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr”, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət  Xidmətinin şöbə müdiri Mətin Bədəlov “Ərzaq malı alarkən nələrə diqqət yetirməli?”, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət  Xidmətinin şöbə müdiri Zahid Şərifov “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir” mövzularında məruzə və çıxış etmişlər. Məruzə və çıxışlarda istehlakçıların hüquqlarının qorunması sahəsində regionlarda mövcut vəziyyət təhlil olunmuş, aidiyyəti dövlət orqanlarının bu sahədə vəzifələri barədə məlumat verilmiş, dövlət orqanları-istehlakçı əlaqələrində sivil münasibətlərin formalaşdrılması, istehlakçı hüquqları ilə bağlı regionlarda həyata keçiriləcək təbliğat-təşviat və digər maarifləndirmə tədbirlərinin istiqamətləri müəyyənləşdirilmişdir.
     Konfransın işində Rayon İcra Hakimiyyəti Başçısının mavini Tahir Musayev iştirak etmişdir.

Keçidlər