YAP rayon təşkilatının konfransı keçirilmişdir
Qazax Rayon Mədəniyyət Mərkəzində YAP Qazax rayon təşkilatının VIII konfransı keçirilmişdir. Konfransda YAP-nın üzvləri, idarə, müəssisə, təşkilat rəhbərləri və KİV nümayəndələri iştirak etmişdir.
Konfransın işində Milli Məclisin deputatı, “Odlar Yurdu” Universtitetinin rektoru Əhməd Vəliyev və YAP-nın Icra Katibliyinin məsul işçisi Rəfail Gülməmmədov iştirak etmişlər.
Tədbir Ulu Öndərin xatirəsinin anılması və abidəsi önünə gül dəstələri qoyulması ilə başlamışdır.
Tədbiri giriş sözü ilə YAP RT-nın sədri Həmid Pənahov açaraq konfransın gündəliyində duran məsələlərlə bağlı məlumat vermiş və məruzə ilə çxış etmişdir.
Sonra Milli Məclisin deputatı Əhməd Vəliyev çıxış edərək YAP-nın yaranması, “partiyanın bu günü, sabahın və gələcəyin partiyası olması” barədə ətraflı məlumat vermiş və bu işdə Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri haqqında geniş danışmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgrov öz çıxışında partiyanın keçdiyi şərəfli yoldan və rayonda aparılan tikinti-quruculuq işləri barədə ətraflı məlumat vermişdir.
YAP Icra Katibliyinin məsul işçisi Rəfail Gülməmədov çıxışı zamanı YAP-nın yaranması tarixi, həmin dövrdə respublikamızda baş verən hadisələr, gedən proseslər haqqında konfrans iştirakçılarına maraqlı məlumatlar vermişdir.
Sonda YAP respublika təşkilatının V qrultayına 6 nəfərdən ibarət nümayəndə seçilmişdir. Konfrans iştirakçıları adından ölkə başçısına Müraciət qəbul olunmuş və prezident seçkilərində öz namizədliyini irəli sürməsi xahiş olunmuşdur.