AXC-nin 95 illiynə həsr olunmuş toplantı keçirilmişdir
Qazaxda AXC-nin 95 illiynə həsr olunmuş toplantı keçirilmişdir. Toplantını giriş sözü ilə RİHB-nın I müavini Fərman Nagdalıyev açmışdır. Məruzə və çıxışlarda Şərqdə ilk demokratik respublika olan AXC-nin keçdiyi şərəfli tarixi yola bir daha nəzər salınmış, vurğulanmışdır ki, AXC-nin yaranması bizim vaxtıilə itirilmiş dövlətçiliyimizi bərpa etmişdir, eyni zamanda Cümhuriyyətin yaranması xalqımızın tarixində ilk demokratik prensiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin təşəkkülünün əsasını qoymuşdur.
Lakin qısa bir müddətdən sonra müstəqilliyimizə bolşeviklər tərəfindən son qoyulmasına baxmayaraq, XX əsrin sonlarında Azərbaycan dövlətinin banisi, Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin möhkəm özüllərini yaradaraq AXC-nin siyasi və hüquqi varisi olan bugünkü qüdrətli Azərbaycanı bizlərə ərməğan etmişdir. Bu gün müstəqil Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, müstəqilliyimiz isə “daimi, dönməz və əbədi” olmuşdur.