Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda maarifləndirici tədbir keçirilmişdir

14 dekabr 2017 | 16:00

Qazaxdakı Dövlət Sosial İqtisad Kollecində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  layihəsi çərçivəsində “İslam dini sülh, həmrəylik və qardaşlıq dinidir” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri Qazax RİHB aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov açmış və İslam dininin sülh, həmrəylik və qardaşlıq dininin olması, bu sahədə respublikamızda görülmüş işlər, həyata keçirilmiş tədbirlər və əldə olunmuş uğurlar barədə toplantı iştirakçılarına ətraflı məlumat verilmişdir.
Mövzu ətrafında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbə müdiri Rasim Tağıyev, Qazax Dövlət Sosial İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini Nicat Göyüşov, QMİ-nin bölgə qazisi İlham Süleymanov, Cümə Məscidinin imamı Zaur Budaqov, Azərbaycanda Şərq-Qərb institutunun Proqram direktorunun müavini Vaqif Həsənov, Qərb – Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına dəstək İctimai Birliyinin sədri Ramil Göyüşov və başqaları çıxış etmişlər.
Sonda  müəllim və tələbələrin sualları cavablandırılmışdır.

 

Keçidlər