Təlim keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda Cəmiyyətinin birgə təşkilatçılığı ilə Qazax rayonunda “Bu biznes inkulizivliyi dəstəkləyir” layihəsi çərçivəsində təlim keçirilmişdir.
Təlimdə Cəmiyyətin prezidenti Məhluqə Rəhimova, layihə koordinatoru Firuzə Babayeva, Cəmiyyətin Gəncə şəhər şöbəsinin sədri Elmira İsmayılova, Qazax rayon şöbəsinin sədri Aybəniz Orucova, professor Mayis Əliyev iştirak etmişlər. Tədbir iştirakçılarına əlilliyi olan insanlar üçün biznes bacarıqlarının, vərdişlərinin, planların öyrədilməsi və onların digər şəxslərlə bərabər bizneslə məşğul olmaları təhlil edilmişdir. Sonda tədbir iştirtakçılarının sualları cavablandırılmışdır.