Şriftin ölçüsü :

Saytın rəngi :

Təqdimat mərasimi keçirilmişdir

12 iyun 2013 | 15:00

                      

Qazax rayonundakı Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin kimya müəllimi Tacirə Sarıyevanın “Qəlb çırpıntıları” adlı şeir kitabının təqdimat mərasimi keçirilmişdir.Tədbirdə idarə, müəssisə, təşkilat  rəhbərləri, şairlər, gənc yazarlar və KİV nümayəndələri iştirak etmişdir.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi  şair Barat Vüsal mərasimi giriş sözü ilə açaraq kitabda yer alan şeirlərdən söz açmışdır.
Müəllif  Tacirə Sarıyeva çıxış edərək kitabda müxtəlif mövzuda olan şeirlərin yer aldığını və daha çox qəzəl janrına müraciət etdiyini söyləmişdir.
Sonra Aşağı Salahlı kənd icra nümayəndəsi Yaşar Əfəndiyev, məktəbin direktoru Cahangir Alnaqov, kənd sakini Asimə Ballayeva, AYB Qazax zona filialının məsləhətçisi, şair Bilal Qoca, şairlərdən Tamella Poladlı, Mustafa Rasimoğlu, şair Tofiq Saleh, təhsil şöbəsinin metodisti Zəkiyyə Məmmədova və başqaları çıxış edərək kitabda yer alan poema və şeirlər haqqında öz fikirlərini bildirmişlər.
Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gülayə Həsənova mərasimdə çıxış etmişdir.

Keçidlər