Gənclər Mərkəzində əsaslı təmir olunmuşdur
Gənclər Mərkəzinin inzibati binasının tikintisi zamanı vaxtilə səhvlərə yol verilmiş və son nəticədə bir sıra problemlər yaranmışdı. Mərkəzin akt zalında tavandan su damması nəticəsində binanın daxildən divarları sıradan çıxmış, eyni zamnada tavanda və döşəmədə çökmələr əmələ gəlmişdir. Bu cür problemlər binanın işıq və kanalizasiya sistemlərində və eləcədə digər sahələrdə əmələ gəlmişdir.
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov yaranmış vəziyyəti nəzərə alaraq Gənclər Mərkəzində təmir-bərpa işlərinin aparılması barədə göstəriş vermişdir. İcra Başçısının tapşırığına əsasən Mərkəzdə təmir-bərpa işlərinə başlanılmışdır.
İlk növbədə binanın dam örtüyü təmir olub, bütün divarlar yenilənərək rənglənib. Tavandakı və divarlardakı qızılı rəng yenilənib və zövqə uyğun hala salınıb. Döşəmədə olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra üzərinə yeni, zövq oxşayan xalı çəkilib. Bu da zalın daxili görkəmini kökündən dəyişdirib. Eyni zamanda, zaldakı texniki qurğular da yenilənib. Belə ki, mikrafonlar yeniləri ilə əvəz olunub. Səs gücləndirici cihazlar da təzələnib. Bununla yanaşı, kanalizasiya və işıqlandırma sistemində olan problemlər də aradan qaldırılıb. Zalın pərdə örtüyü təzələnib.
Binanın xol və karaoke zallarında eyni təmir-bərpa işləri görülüb. Ən əsası isə odur ki, təmir işləri aparılan zaman keyfiyyətə xüsusi diqqət yetirilib. Bunun nəticəsidir ki, yüksək səviyyədə və zövqlə aparılan təmir-bərpa işlərindən sonra Gənclər Mərkəzi tam yeni, müasir görkəm alıb.