Şriftin ölçüsü :

Saytın rəngi :

Qurtuluş günü qeyd olunmuşdur

14 iyun 2013 | 15:00



Qazax rayonunda  15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsini yad etmiş və abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.
Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə Qazax rayon  İcra Hakimiyyətinin Başçısı  cənab Ayaz Əsgərov açmış, xalqımızı Milli Qurtuluş Günü münasibətilə təbrik etmiş, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə dövlət quruculuğu işindəki əvəzsiz xidmətlərindən, Ulu Öndərin səyləri nəticəsində hələ sovetlər dönəmində respublikamızda peşəkar hərbiçilərin yetişdirilməsi məqsədilə C.Naxçıvanski adına hərbi liseyin yaradılmasından danışmışdır. O, ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev cənabları tərəfindən dövlət müstəqilliyinin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi, Azərbaycanın güclü iqtisadiyyatı olan qüdrətli ölkəyə çevrilməsi, ordunun gücləndirilməsi sahəsində aparılan səmərəli və məqsədyönlü işlərdən bəhs etmişdir.
Sonra rayon  İcra Hakimiyyəti Başçısının birinci müvini Fərman Nağdalıyev geniş məruzə ilə çıxış edərək o dövrdə ölkədə baş verən hadisələrdən söz açmışdır. YAP rayon təşkilatının sədri Həmid Pənahov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, AMİ Qazax filialının direktor müavini Məmməd Yusifov çıxış edərək 15 iyun Milli Qurtuluş Günü münasibətilə öz arzu və istəklərini bildirmişlər.

Keçidlər