Maarifləndirici tədbir keçirilmişdir
Qazaxdakı Çaylı kənd 2 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin layihəsi çərçivəsində “İslam dini sülh, həmrəylik və qardaşlıq dinidir” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Qazax RİHB aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov açmış və tədbirin əhəmiyyəti, islam dininin həqiqətən sülh, həmrəylik və qardaşlıq dini olması haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Sonra mövzu ətrafında müzakirələr aparılmış və çıxışlar olmuşdur. Dövlət Təhlükəsizlik Xidmətinin Qazax rayon şöbəsinin rəis müavini Müşviq Mürsəlov, Qazax Cümə Məscidinin imamı Zaur Budaqov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Ceyhun Rüstəmov, Çaylı kənd sakini, Qarabağ Müharibəsi əlili Baxış Hüseynov, Çaylı kənd 2 saylı orta məktəbin direktoru Abbas Çarçıyev, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevil Göyüşova və başqaları çıxış etmişlər.
Axırda müəllim və şagirdlərin iştirakı ilə mövzu ətrafında müzakirələr olmuş və fikir mübadiləsi aparılmışdır. Şagirdlərin verdiyi suallar cavablandırılmışdır.