Yeni il ərəfəsində rayonun qəbiristanlıqlarında iməcilik keçirilmişdir
24 dekabr 2017 | 16:00
Qazaxda dekabrın 23-də və 24-də Yeni il bayramı ərəfəsində rayon sakinləri qəbiristanlıqlarda olmuşlar. Onlar əzizlərinin və doğmalarının xatirəsini yad etmişlər.
Sonra ümumrayon iməciliyi keçirilmişdir. İməciliklərdə 2000 nəfərə yaxın rayon sakini iştirak etmişdir. İməcilik zamanı qəbiristanlıqların içərisində və ətrafında təmizlik və abadlıq işləri aparılmış, səliqə-səhman yaradılmışdır. Ərazi iri otlardan, kol-kosdan təmizlənmiş, ehtiyac olan yerlərdə qəbiristanlıqların ətrafına yeni dəmir tor çəkilmişdir.
Rayon sakinləri bu cür savab işlərin il boyu davam etdiriləcəyni bildirmişlər.