Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi vakant yerlərə işçi qəbulu elan edir

04 may 2022 | 09:36

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu regional bölmələrdə qida təhlükəsizliyi sisteminin səmərəli təşkili məqsədilə, Agentliyin fəaliyyət istiqamətlərindən irəli gələrək qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrində çalışmaq istəyən, müvafiq ixtisasa yiyələnmiş və ya beynəlxalq sertifikatı olan ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir.

Qeyd edilən məsələlərlə bağlı Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarında yaşayan, Qida məhsulları mühəndisliyi, İstehlak mallarının ekspertizası və marketinqi, Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, Aqronomluq, Baytarlıq, Balıqçılıq və balıqçılıq təsərrüfatı işi, Zootexniklik, Bitki mühafizəsi, Tibbi profilaktika, Kimya, Biologiya, Aqrokimya və torpaqşünaslıq ixtisasları üzrə təhsil almış namizədlərlə 2022-ci il 6 may tarixdə saat 11:00-da Tovuz rayonu Heydər Əliyev Mərkəzində Agentliyin mütəxəssislərinin iştirakı ilə görüş keçiriləcəkdir.

Namizədlər özləri barədə məlumatlara dair anket forması (CV) ilə görüşdə iştirak edə bilərlər.

 

Keçidlər