Şriftin ölçüsü :

Saytın rəngi :

BDU-nun Qazax filialında 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib

26 sentyabr 2023 | 22:20

2020-ci ilin 27 sentyabr tarixindən artıq 3 il arxada qalır. O tarix ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı. Azərbaycan xalqının 30 illik yurd həsrətinə cəmi 44 gündə son qoyuldu. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, qazilərimizin şücaəti sayəsində azadlığına qovuşdu. 

Ölkə Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən 27 Sentyabr - Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.  

İllər keçsə də Azərbaycan xalqı bizə tarixi Qələbəni bəxş edən, ölkəmizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda canlarından keçərək qəhrəmanlıq salnaməsi yazan şəhidlərimizin xatirəsini hər zaman əziz tutur.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 27 Sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir.  

Növbəti tədbir sentyabrın 26-da Bakı Dövlət Universitetinin Qazax filialında təşkil olunub.

Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, filialın müəllim-tələbə heyəti iştirak ediblər.

Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib. 

44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.    

 

Keçidlər