Şriftin ölçüsü :

Saytın rəngi :

BDU-nun Qazax filialında əmək yarmarkası keçirilib

27 may 2025 | 20:19

Mayın 27-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə Universitetin məzun tələbələrinin məşğulluğunun artırılması məqsədilə əmək yarmarkası keçirilib.

Filialda keçirilən tədbirin təşkilində əsas məqsəd Universitetin məzunlarının müvafiq inzibati ərazi üzrə mövcud vakant iş yerləri haqqında məlumat əldə etməsi, onların aktiv məşğulluq tədbirlərinə cəlb olunması, habelə işəgötürənlərə qısa müddət ərzində zəruri peşəyə və ixtisasa malik kadrların seçimində köməklik göstərilməsi olub.

Əmək yarmarkasında işəgötürənlər tərəfindən 16 müəssisə üzrə 102 vakansiya təqdim edilib.

Yarmarkaya Bakı Dövlət Universitetinin Qazax filialında əyani şöbədə təhsil alan 16 ixtisas üzrə 259 nəfər, qiyabi şöbədə təhsil alan 4 ixtisas üzrə 56 nəfər, ümumilikdə, 315 nəfər cəlb olunub. Həmçinin, filialı əvvəlki illərdə bitrmiş məzunlar da yarmarkada iştirak ediblər.

Yarmarkada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Elçin Nəsibov, filialın əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov, filialın və yarmarkaya qatılmış müəssisələrin əməkdaşları iştirak ediblər.

Yarmarkada iştirak edən məzunlara təqdim olunmuş vakansiyalar barədə ətraflı məlumat verilib.

İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən məzunların CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

Keçidlər