Şriftin ölçüsü :

Saytın rəngi :

BDU Qazax filialında 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib

26 sentyabr 2022 | 17:31

Sentyabrın 26-da Bakı Dövlət Universitetinin Qazax filialında 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Filialın Heydər Əliyev auditoriyasında keçirilən anım tədbirində Qazaxda yaşayan Vətən müharibəsi qaziləri, filialın professor-müəllim heyəti, tələbələr iştirak edib.

Tədbirdə Vətən torpaqlarının azadlığı uğrunda öz canını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəqlik sükutla yad edilib.

Filialın tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov tədbiri giriş sözü ilə açaraq 2 il əvvəl ermənilərin sui-qəsd əməliyyatlarına cavab olaraq sentyabrın 27-də Azərbaycan Ordusunun bütün cəbhə boyu əks-hücuma keçməsindən, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan Böyük Qələbədən danışıb.

Filialın Mətbuat Xidmətinin rəhbəri, şair-publisist Elçin İsmayıl çıxış edərək Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təşəbbüsü və dəstəyi ilə yazdığı “Qanları ilə dastan yazanlar” kitabı barədə ətraflı söz açıb, kitabın qazaxlı 50 şəhidə həsr olunduğunu qeyd edib.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi kapitan Samir Çobanov Qazax rayonunda şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından söz açaraq bu sahədə rayon rəhbərliyinin gördüyü işlərdən danışıb.

Sonra qazilərdən Xəyyam Əliyev, Namiq Qocayev, Namiq Alıyev çıxış edərək döyüş xatirələrindən söz açıb, qazanılan Qarabağ Zəfərinin əhəmiyyətindən danışıblar.

Filialın Tələbə Gənclər Təşkilatının sədr müavini Elşad Əliyev bu mövzuda keçirilən tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynadığını qeyd edib.

Tədbirin sonunda qazilərə “Qanları ilə dastan yazanlar” kitabı təqdim olunub.

Keçidlər