Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün daha bir qrup vətəndaş ümumi şəkildə qəbul edilib

17 iyun 2022 | 20:00

Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğı, səmimi münasibət, ayrılan diqqət onu deməyə əsas verir ki, ölkəmizdə vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir. Dövlətimizin vətəndaş amilini, vətəndaş məmnunluğunu əsas götürməsi bu gün hər bir dövlət məmuruna nümunədir. Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbəri tərəfindən vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi də bu məqsədə xidmət edir.

Bu həftə ərzində müraciət etmiş daha 10 nəfər vətəndaşın istəyi iyunun 17-də idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib.

"Ölkə rəhbərinin vətəndaşa olan qayğısını onlara olduğu kimi çatdırmaq, dövlət siyasətinin əsasını təşkil edən vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun borcudur”, - deyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu amilin bundan sonra da əsas götürüləcəyini vurğulayıb. İcra başçısı bugünkü qəbulun da məhz bu məqsədi daşıdığını, vətəndaşlara olan səmimi münasibətin, vətəndaşlara göstərilən diqqət və qayğının bundan sonra da əvvəlki tək olacağını söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib. 

"Tutduğu vəzifədən asılı olmadan hər bir dövlət məmuru birmənalı şəkildə bilməlidir ki, vətəndaş müraciət etdiyi müəssisədən məmnunluqla ayrılmalıdır”, - deyən icra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib. Bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 

Sonra Qazax şəhər sakinləri Qurbanov Fərhad Qurban oğlunun, Qarasaqqalova Şərqiyə Mirzə qızının, İsmayılov Ələmdar Mirzalı oğlunun, Çaylı kənd sakinləri Qocayeva Basti Hüseyn qızımın, Adıgözəlov Məhəbbət Bəhlul oğlunun, Ağköynək kənd sakini Abdullayeva Samirə Rabit qızının, Daş Salahlı kənd sakinləri Eyyubova Güllü Novruz qızının, Pənahova Solmaz Sədrəddin qızının, Cəfərli kənd sakini Nəsibova Qəşəng Cahandar qızının, Kosalar kənd sakinləri Əliyev Ədalət Ələkbər oğlunun, Əliyeva Qızxanım Məzahir qızının, Hüseynbəyli kənd sakinləri Tanrıverdiyev Ayaz İbrahim oğlunun, Tanrıverdiyev İbrahim İsmayıl oğlunun müxtəlif səpkili müraciətləri dinlənilib. Vətəndaşların işlə təmin olunma ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. "Saloğlu” mebel fabrikində, eləcə də Məşğulluq Mərkəzində olan digər boş vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib. Vətəndaşların  əlillik dərəcəsinin bərpa edilməsində, sığınacaqla təmin olunmasında köməklik göstərilməsi,  eləcə də digər müxtəlif səpkili müraciətləri isə müvafiq olaraq cavablandırılıb. Səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı bildirilib.

Keçidlər