Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Qazax RİH-də növbəti vətəndaş qəbulu olub

11 oktyabr 2024 | 14:34

Respublika Prezidenti İlham Əliyevin səsləndirdiyi “Hər bir dövlət məmuru xalqa xidmət etməli, bu yüksək məsuliyyəti və etimadı doğrultmalıdır!” fikri bir daha onu sübut edir ki, ölkəmizdə vətəndaş amili dövlət siyasətinin başlıca istiqaməti kimi bütün işlərdə əsas götürülür. Ən əsası da bu, dövlət başçısının, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda hər zaman hiss olunur. Eyni zamanda bu, hər bir dövlət məmuruna nümunə olmaqla bərabər, həm də onların iş fəaliyyətinin tərkib hissəsi olması deməkdir. 

Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqət mərkəzində saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakmiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov oktyabrın 11-də idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə Qazax şəhərindən, Hüseynbəyli, Çaylı və Xanlıqlar kəndlərindən müraciət etmiş 5 nəfər vətəndaşı qəbul edib.

Qəbul zamanı vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.

 

Keçidlər