Daş Salahlı kənd Şəhidlər Xiyabanına gedən yola yeni asfalt örtüyü vurulacaq
19 iyul 2023 | 19:45
Azərbaycanın iri sement istehsalçılarından biri olan "Arkoz Qazax Sement Zavodu” MMC (əvvəlki adı "Qazax Sement Zavodu” MMC) fəaliyyətə başladığı ilk gündən rayonda görülən işlərə öz töhfəsini verməkdə davam edir. Tikinti sektorunda fərqlənməyi qarşıya məqsəd qoyan zavod öz xeyirxah əməlləri ilə də hər zaman seçilməyi bacarır. Zavodun yerləşdiyi Daş Salahlı kəndində həyata keçirdiyi sosial layihələr, çoxsaylı işlər hər kəsə yaxşı məlumdur. Zavod tərəfindən 2017-ci ildə Daş Salahlı kənd 2 saylı Uşaq bağçasının və 3 saylı Körpələr Evi-Uşaq bağçasının əsaslı şəkildə yenidən qurularaq körpə balaların istifadəsinə verilməsi deyilənlərə bariz nümunədir. Bundan əlavə, pandemiya dövründə ölkə Prezidenti İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışını əldə rəhbər tutaraq, şəhid ailələrinə, müharibə əlillərinə, aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatların çatdırılması söylədiklərimizin əyani sübutudur.
Xeyirxah əməllərini davam etdirərək öz ənənəsinə sadiq qalan "Arkoz Qazax Sement Zavodu” MMC şəhid ailələrinə, qazilərimizə hər zaman diqqət və qayğı göstərir. Zavodun rəhbərliyi və kollektivi daim şəhidlərimizi ehtiramla anır, xatirələrini əziz tutur. Bu qayğının nəticəsidir ki, bu gün zavodda 11 nəfər şəhid ailəsinin üzvü çalışır.
Zavod tərəfindən Daş Salahlı kəndində yerləşən Şəhidlər Xiyabanına gedən yola yeni asfalt örtüyünün vurulması da şəhidlərimizə olan böyük hörmət və ehtiramın ifadəsidir.
İyulun 19-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və zavodun əməkdaşları ilə birlikdə Daş Salahlı kəndində olub, şəhid ailələri ilə görüşüb. Zavod tərəfindən Şəhidlər Xiyabanına gedən yola asfalt örtüyünün vurulacağını bildirib. Şəhidlər Xiyabanında keçirilən görüşdə rayon rəhbəri şəhid ailələrini salamlayıb, səmimi ürək sözlərini çatdıraraq şəhidlərimizə Allahdan rəhmət, ailələrinə bir daha səbir diləyib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Respublika Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib. İcra başçısı qeyd edib ki, bu gün ölkəmizdə sahibkarlara göstərilən dövlət qayğısının nəticəsidir ki, onlar da öz növbələrində bu cür xeyirxah əməllərə imza atırlar. Bu nümunəvi təşəbbüsünə görə şəhid ailələri və kənd sakinləri adından "Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə və kollektivinə təşəkkürlərini çatdıran rayon rəhbəri bu cür layihələrin icra olunmasını ölkə başçısının yürütdüyü uğurlu dövlət siyasətinin davamı kimi qiymətləndirib. Vətən müharibəsi şəhidi leytenant Mayis Yaqubovun atası Rəhim Yaqubov, Birinci Qarabağ müharibəsi şəhidləri Fidat Məmmədovun bacısı Hicranə Məmmədova, Rövşən Pənahovun bacısı Pəri Pənahova, kənd ağsaqqalı Məhəmməd Omarov və başqaları çıxış edərək son illər Qazax rayonunda, eləcə də on mindən çox əhalisi olan Daş Salahlı kəndində aparılan quruculuq işlərinə görə ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Bütün bu işlərin onlarda böyük ruh yüksəkliyi yaratdığını dilə gətiriblər. "Arkoz Qazax Sement Zavodu” MMC-nin Daş Salahlı kəndində gördüyü işləri, şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə göstərdikləri qayğını razılıq hissi ilə qarşılayaraq bir daha kənd sakinləri adından təşəkkürlərini çatdırıblar.