“Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusunda toplantı keçirilib
Noyabrın 1-də Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Dövlət Sosial-İqtisadi Kollecin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusunda toplantı keçirilib.
Qazax Gənclər evində keçirilən tədbirdə ümumilikdə 70 nəfər iştirak edib.
Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. S.Namazov, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - Dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov, Qazax Rayon Polis Şöbəsinin rəis müavini, mayor Natiq Əliyarov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Eşqin Allahverənov, Qazax “Cümə” məscidinin imamı Zaur Budaqov, Qazax Dövlət Sosial-İqtisadi Kollecin psixoloqu Şaxlıq Mustafayeva, Kollecin tələbəsi, Tələbə Gənclər Təşkilatının sədr müavini Aybəniz Məmmədova mövzu ilə bağlı geniş çıxış ediblər.
Tədbirdə gəncləri maraqladıran suallar cavablandırılıb.